Tennisçilərimiz Avropa çempionatında 1/8 finala vəsiqə qazanıblar

Xəbərlər
19 İyul 2024 14:57
119
Tennisçilərimiz Avropa çempionatında 1/8 finala vəsiqə qazanıblar

İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa cempionatı davam edir.

İdman.biz xəbər verir ki, tennisçilərimiz şəxsi və qoşa növlərdə mübarizə aparırlar.

Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğrultmaqdadır. İdmançılarımız 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Stolüstü tennisçilərimiz bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.
Yığma komandamızın üzvləri hər iki növdə çıxşarını davam etdirirlər. Şəxsi yarışlarda Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa yüksəlib.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə 12 idmançımız mübarizə aparır. 40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: