Azərbaycan tennisçiləri Avropa Universitet Oyunlarında

Xəbərlər
20 İyul 2024 13:44
1 790
Azərbaycan tennisçiləri Avropa Universitet Oyunlarında

Macarıstanın Debretsen şəhərində Avropa Universitet Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün stolüstü tennisçilər mübarizəyə qatılıblar.

Azərbaycan millisinin 8 tennisçisi Debretsendə mübarizə aparır. Komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nihad Məmmədov, Nihad Səmədzadə, Rafiq Rafiqli və Qadir İbrahimov qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, yarışda qitənin 145 universitetinin tələbələri müxtəlif növlərdə bacarıqlarını göstərirlər.

İdman.biz