Stolüstü tennisçilərimiz beynəlxalq toplanışda

Xəbərlər
5 Avqust 2024 13:24
125
Stolüstü tennisçilərimiz beynəlxalq toplanışda

Azərbaycan millisinin stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

İdman.biz xəbər verir ki, bu məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyası yayıb.

Latviyanın paytaxtı Riqada təşkil olunan toplanışa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar. “Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır.

İdmançılar avqustun 3-də başlanıb, 10-dək davam edəcək hazırlığın sonunda keçiriləcək turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənənlər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.

İdman.biz