Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları ilə toplanışda

Xəbərlər
15 Avqust 2024 13:19
111
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları ilə toplanışda

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışına qatılacaqlar.

İdman.biz xəbər verir ki, milli komandanın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər.

İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALETS” toplanışında iştirak edəcəklər. Quluzadə ilə Məmmədli hazırlığın ardınca avqustun 23-də Fransanın Şiltiqheym şəhərində start veriləcək “Euro Mini Champs” yarışında bacarığını göstərəcək.

Qeyd edək ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə qatılmışdı.

İdman.biz