Stolüstü tennisçilərimiz beynəlxalq yarışda

Xəbərlər
23 Avqust 2024 15:28
105
Stolüstü tennisçilərimiz beynəlxalq yarışda

Azərbaycan millisinin yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə və Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edir.

İdman.biz xəbər verir ki, idmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparırlar.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir. Bu gün startı verilən beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.

İdman.biz