Stolüstü tennisçimiz Fransadan medalla qayıdır

Xəbərlər
26 Avqust 2024 10:42
506
Stolüstü tennisçimiz Fransadan medalla qayıdır

Stolüstü tennis üzrə Fransanın Şiltiqheym şəhərində “Euro Mini Champs” yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Onur Quluzadə turnirdə fəxri kürsüyə yüksəlib.

2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında mübarizə aparan stolüstü tennisçimiz təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb. 1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn Quluzadə yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək yarışın bürünc medalına layiq görülüb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.

İdman.biz