Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında

Xəbərlər
2 Sentyabr 2024 10:40
73
Stolüstü tennisçilərimiz təlim-məşq toplanışında

2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar.

İdman.biz xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edəcək.

Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar.

Qeyd edək ki, təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.

İdman.biz

Məqalədə: