Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıda səfərdədir - FOTO

Xəbərlər
18 Sentyabr 2024 10:46
387
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıda səfərdədir - FOTO

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura paytaxtımızda səfərdədir.

İdman.biz xəbər verir ki, O, Azərbaycan Stolüstü Tennis Federasiyasının dəvəti ilə Bakıya gəlib.

Qitənin ali idman qurumunun rəhbəri ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və federasiyanın baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca, Şəhidlər Xiyabanında azadlıq fədailərinin xatirəsinə ehtiram bildirilib.

Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.

Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.

İdman.biz

Məqalədə: