Stolüstü Tennis Federasiyasının prezidenti Pedro Migel Moura ilə görüşüb

Xəbərlər
19 Sentyabr 2024 18:11
1 123
Stolüstü Tennis Federasiyasının prezidenti Pedro Migel Moura ilə görüşüb

Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevlə Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura arasında görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüş zamanı Azərbaycanda stolüstü tennis idman növünün hazırkı vəziyyəti və gələcək planlar barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Bu cür görüşlərin əhəmiyyətindən söz açan ASTF-nin prezidenti Şahin Mustafayev, beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığın stolüstü tennisin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına xüsusi diqqət göstərildiyini deyən ASTF-nin prezidenti, bu qayğı sayəsində beynəlxalq arenalarda böyük uğurların qazanıldığını və ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Dəvət üçün təşəkkürünü bildirən Pedro Migel Moura isə, Azərbaycanda stolüstü tennisin inkişaf strategiyasını və gələcək perspektivini yüksək qiymətləndirərək, yaxın gələcəkdə ölkəmizdə bu idman növü üzrə beynəlxalq yarışların təşkil olunacağına da ümid bəslədiyini bildirib.

İdman.biz