Stolüstü tennisçilərimiz beynəlxalq yarışda mükafatlar qazanıblar - FOTO

Xəbərlər
16 Oktyabr 2024 09:48
285
Stolüstü tennisçilərimiz beynəlxalq yarışda mükafatlar qazanıblar - FOTO

Stolüstü tennis üzrə Birləşmiş Ərəb Əmirliklərində “WTT Youth Contender” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışda Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli şəxsi yarışlarda bürünc mükafata layiq görülüb.

Ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: