Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” beynəlxalq turniri keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları Onur Quluzadə ilə Yağmur Məmmədli yarışda fəxri kürsüyə yüksəliblər.
U-13 yaş qrupunda mübarizə aparan stolüstü tennisçilərimiz bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.
Qeyd edək ki, milli komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.
İdman.biz