Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
İdman.biz xəbər verir ki, ənənəvi “Finlandiya Open” turnirində seçmə komandamızın 12 üzvü bacarığını göstərəcək.
Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək.
Qeyd edək ki, sabah Lohja şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.
İdman.biz