Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin daha bir beynəlxalq yarışına - “WTT Youth Star Contender Doha 2025” turnirinə start verilib.
İdman.biz xəbər verir ki, ilk gündə Azərbaycan idmançıları fərqləniblər.
U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.
İdman.biz