Bu gün Xorvatiyanın Osiyek şəhərində stolüstü tennis üzrə yeniyetmələr arasında “Europe Youth Series” turniri start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər.
Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizli Osiyekdə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Mələk Əhmədzadəyə şans verəcək.
Beynəlxalq yarışa fevralın 9-da yekun vurulacaq.
İdman.biz