Stolüstü tennisçilərimiz Osiyekdə fəxri kürsüdə

Xəbərlər
10 Fevral 2025 09:58
79
Stolüstü tennisçilərimiz Osiyekdə fəxri kürsüdə

Xorvatiyanın Osiyek şəhərində stolüstü tennis üzrə “Europe Youth Series” turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışda bürünc mükafata layiq görülüblər.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdman.biz