Stolüstü tennisçilərimiz Nevşehirdə beynəlxalq turnirdə

Xəbərlər
12 Fevral 2025 12:09
110
Stolüstü tennisçilərimiz Nevşehirdə beynəlxalq turnirdə

Bu gün Türkiyənin Nevşehir şəhərində “WTT Youth Contender” turnirinə start veriləcək.

İdman.biz xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər.

Milli komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.

İdman.biz