Yığmamız beynəlxalq yarışı 3 medalla başa vurub

Xəbərlər
15 Fevral 2025 19:06
198
Yığmamız beynəlxalq yarışı 3 medalla başa vurub

Türkiyənin Nevşehir şəhərində təşkil olunan stolüstü tennis üzrə “WTT Youth Contender” turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycan yığması daha bir medal qazanıb.

U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə bürüncə sahib çıxıb. O, yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramana 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Onur Quluzadə turnirin U-17 kateqoriyasında da üçüncü pilləni tutub. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında çempion olublar.

İdman.biz