Gimnaziada: Stolüstü tennisçilərimizdən 3 qələbə - FOTO

Xəbərlər
7 Aprel 2025 20:04
27
Gimnaziada: Stolüstü tennisçilərimizdən 3 qələbə - FOTO

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında stolüstü tennis yarışlarına start verilib.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk gündə Azərbaycanın oğlan və qızlardan ibarət milliləri hərəyə 3 oyunda mübarizə aparacaqlar.

Ramil Cəfərovun başçılıq etdiyi oğlanlardan ibarət milli komandamız ilk görüşdə Hindistan-1-lə qarşılaşıb. Onur Quluzadə, Tunar Bağırov, Uğur Nəzərli və Şakir Qədirovdan ibarət yığma Oyunlara qələbə ilə start veriblər. Stolüstü tennisçilərimiz rəqibini 5:2 hesabı ilə məğlub ediblər. Komanda ardınca Braziliyaya 3:4 hesabı ilə uduzsa da, Uqanda-2-yə 6:1 hesabı ilə qalib gəliblər. Qrupda son oyunumuz sabah İraq millisinə qarşı olacaq.

Səbinə Əzizlinin rəhbərlik etdiyi Yağmur Məmmədli, Banu Baytallı, Xədicə Eylazova və Mələk Əhmədzadədən ibarət komandamız isə Çinlə üz-üzə gəlib. Yığma rəqibinə 0:7 hesabı ilə uduzub. Millimiz ardınca Serbiyaya 1:6 hesabı ilə məğlub olsa da, Bosniya və Herseqovinanın Serb Respublikasına 7:0 hesabı ilə qalib gəlib. Qrupda son oyunlar sabah keçiriləcək. Rəqiblərimiz Braziliya və Şimali Makedoniya olacaq.

7 aprel
Qrup mərhələsi
Oğlanlar, komanda yarışları

Azərbaycan – Hindistan-1 – 5:2
Azərbaycan – Braziliya – 3:4
Azərbaycan – Uqanda-2 – 6:1

Qızlar, komanda yarışları
Azərbaycan – Çin – 0:7
Azərbaycan – Serbiya – 1:6
Azərbaycan - Bosniya və Herseqovinanın Serb Respublikası – 7:0

Qeyd edək ki, oğlanlarda qrupda ilk 2 yeri tutacaq komandalar 1/4, qızlarda 1/2 finala yüksələcək.

İdman.biz