Gimnaziada: Stolüstü tennisçilərimiz 1/4 finala yüksəliblər - FOTO

Xəbərlər
8 Aprel 2025 19:41
61
Gimnaziada: Stolüstü tennisçilərimiz 1/4 finala yüksəliblər - FOTO

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında stolüstü tennis yarışları davam edir.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Oyunlarda Azərbaycanın oğlan və qızlardan ibarət milliləri qrup mərhələsi çərçivəsində növbəti oyunlarına çıxıblar.

Ramil Cəfərovun başçılıq etdiyi oğlanlardan ibarət milli komandamız 3-cü matçında İraqla üz-üzə gəlib. Hindistan-1-ə 5:2, Uqanda-2-yə 6:1 hesabı ilə qalib gəlib, Braziliyaya 3:4 hesabı ilə uduzan Onur Quluzadə, Tunar Bağırov, Uğur Nəzərli və Şakir Qədirovdan ibarət yığma dördüncü duelindən də qalib ayrılıb – 5:2.

Yekunda C qrupunda 19 xalla ikinci yeri tutan yığma 1/4 finala yüksəlib. Aprelin 10-da keçiriləcək qarşılaşmada komandamız D qrupunda birinci olan Polşa ilə qarşılaşacaq.

Səbinə Əzizlinin rəhbərlik etdiyi Yağmur Məmmədli, Banu Baytallı, Xədicə Eylazova və Mələk Əhmədzadədən ibarət komandamız isə 5-8-ci yerlər uğurda yarışacaq.

Çinə 0:7, Serbiyaya 1:6 hesabı ilə məğlub olub, Bosniya və Herseqovinanın Serb Respublikasına 7:0 hesabı ilə qalib gələn yığma bu gün Braziliya 1:6 uduzub. Ardınca Şimali Makedoniyaya 5:2 hesabı ilə qalib gəlsək də, növbəti mərhələyə vəsiqə əldə edilməyib. Komandamız 5-8-ci yerlər uğrunda görüşdə ilk matçını aprelin 10-də Polşaya qarşı keçirəcək.

Qeyd edək ki, Gimnaziadada fərdi yarışlar da olacaq.

İdman.biz