Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında stolüstü tennisçilərin komanda yarışına yekun vurulub.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, millilərimizin hər ikisi çıxışını 8-ci yerdə bitirib.
Ramil Cəfərovun başçılıq etdiyi oğlanlardan ibarət milli komandamız 1/4 finalda Polşaya 1:4 hesabı ilə məğlub olduğundan 5-8-ci yerlər uğrunda mübarizə aparıb. Tennisçilərimiz növbəti 2 qarşılaşmada Argentinaya 3:4, Serbiyaya 0:4 hesabı ilə uduzduqlarından 8-ci olublar.
Səbinə Əzizlinin rəhbərlik etdiyi qızlardan ibarət komandamız isə 5-8-ci yerlər uğrunda mübarizədə Polşa və Makao ilə qarşılaşıb. Təmsilçimiz müvafiq olaraq, 0:4 və 1:4 hesablı məğlubiyyətə üzülüb.
Qeyd edək ki, stolüstü tennisçilər arasında fərdi yarışlara sabah başlayacaq.
İdman.biz