Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı start götürüb

Xəbərlər
19 Aprel 2025 14:13
267
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı start götürüb

Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.

İdman.biz xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.

Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.

Azərbaycan çempionatına sabah yekun vurulacaq.

İdman.biz

Məqalədə: