Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa catıb - FOTO

Xəbərlər
20 Aprel 2025 19:53
177
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa catıb - FOTO

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar.

60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərinə qalib gələn Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Ruvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüblər.

Zaur Mikayılov və Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.

İdman.biz