Stolüstü tennisçilər Sarayevoya yollanıblar

Xəbərlər
21 Aprel 2025 12:28
198
Stolüstü tennisçilər Sarayevoya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, budəfəki yarışda millinin 6 üzvü bacarığını göstərəcək.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Komanda artıq səfərə yollanıb.

Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.

İdman.biz