Stolüstü tennis üzrə veteran və həvəskar arasında Komanda Liqası başa çatıb.
İdman.biz xəbər verir ki, 11 komandanın qatıldığı və 4 ay davam edən yarış aktivinə 26 xal yazdıran VİTTA-nın (Vaqif Fatehi (k), Yaşar Mövlanov, Marina Kuvayeva, Əsgərqulu Heydərli, Rasim Axundov) qələbəsi ilə nəticələnib.
İkinci yeri 23 xal toplayan “Təhsil” (Nurlan Paşayev (k), Qadir Məmmədov, Əzim Poladxanov, Rahib Səfərəliyev, Qəmbər Məmmədov) tutub. 21 xala malik “Everest” isə (Zabit Bağırov (k), Əli Heydərli, Akif Zeynalov, Tatyana Aliulina) isə üçüncü pillədə qərarlaşıb.
Veteran idmançıların ölkə çempionatı çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində, fərqlənən komandaların üzvlərinə diplomlar və pul mükafatı təqdim edilib. Turnirin ənənəviliyini qorumaq məqsədilə qalib komandaya rəmzi keçici kubok da verilib.
İdman.biz