Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

Xəbərlər
25 Aprel 2025 21:55
115
Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb.

İdman.biz xəbər verir ki, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələr qazanıb.

Onur 1/8 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2:3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.

İdman.biz