Taekvondo Yeniyetmələrin Olimpiya Oyunlarında

Xəbərlər
14 İyun 2024 11:26
85
Taekvondo Yeniyetmələrin Olimpiya Oyunlarında

Taekvondo 2026-cı ildə Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına daxil edilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.

Bu barədə Dünya Taekvondosuna da məlumat verilib. Bu, multiidman tədbirinin proqramına daxil edilən 25-ci idman növü olub.

Qeyd edək ki, taekvondo 4-cü dəfə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında yer alacaq. Yarış oktyabrın 31-dən noyabrın 13-dək keçiriləcək.

İdman.biz

Məqalədə: