Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazanıb - FOTO

Xəbərlər
17 İyun 2024 13:12
97
Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazanıb - FOTO

Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın “Alpman” klubunun taekvondoçusu fəxri kürsüyə yüksəlib.

46 kq çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva Avropa çempionatını gümüş medalla başa vurub. Millimizin də şərəfini qoruyan idmançı 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.

Taekvondoçumuz finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb. Nəticədə taekvondoçumuz yarışı gümüş medalla bitirib.

İdman.biz