Olimpiyaçımız Paris-2024-ə hazırlığın son mərhələsi üçün İzmirdə

Xəbərlər
25 İyun 2024 22:33
242
Olimpiyaçımız Paris-2024-ə hazırlığın son mərhələsi üçün İzmirdə

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.

İdman.biz xəbər verir ki, Olimpiadada 58 kq-da dayanq üzərinə çıxacaq lisenziyaçımız son beynəlxalq toplanışı Türkiyənin İzmir şəhərində keçir.

O, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında məşqlərə yığmamızın aparıcı üzvləri və Türkiyənin Olimpiya komandası ilə birgə qatılıb. İyunun 24-də başlayan hazırlıq iyulun 4-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşlərini keçirilməsi də planlaşdırılır.

İdman.biz