Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında taekvondo yarışlarına start verilib.
İdman.biz xəbər verir ki, gənclərdən ibarət Azərbaycan millisi ilk günü 4 medalla başa vurub.
Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Vasif Səlimov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlyas Hətəmli (48 kq) gümüş, Ziya Həsənli (55 kq) və Fatimə Həsənova (63 kq) isə bürünc medala yiyələniblər.
Oyunlarda taekvondo yarışları iyunun 28-də bitəcək.
Qeyd edək ki, yarışda daha öncə samboçumuz İbrahim Talıbov (53 kq) bürünc medal qazanıb.
İdman.biz