Qaşım Maqomedov: "Püşkün hansı rəqibi seçəcəyinin əhəmiyyəti yoxdur"

Xəbərlər
17 İyul 2024 22:28
635
Qaşım Maqomedov: "Püşkün hansı rəqibi seçəcəyinin əhəmiyyəti yoxdur"

"Olimpiadanın startına sayılı günlər qalıb. Məşqlərə davam edirəm və yarışda maksimum nəticə göstərmək arzusundayam".

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının şərəfini qoruyacaq taekvondoçusu Qaşım Maqomedov (58 kq) deyib.

O, təsnifat yarışlarının çətin keçdiyini, buna baxmayaraq psixoloji cəhətdən mübarizəyə tam hazır olduğunu bildirib: "Çində keçirilən "Böyük Dəbilqə" seriyasında qələbə qazanıb lisenziya əldə etdim. Orada bir çox güclü rəqiblərlə qarşılaşdım. Buna görə də, Oyunlarda püşkün hansı rəqibi seçəcəyinin əhəmiyyəti yoxdur. Mübarizəyə hazır olmalısan və ən yaxşı tərəflərini nümayiş etdirib qələbəyə doğru irəliləməlisən".

Qeyd edək ki, Maqomedov avqustun 7-də mübarizəyə qoşulacaq və həmin onun çəkisində qaliblər bəlli olacaq.

Zəki Feyzullayev
İdman.biz