Azərbaycan parataekvondoçusu Avropa üçüncüsü olub

Xəbərlər
14 Avqust 2023 18:21
121
Azərbaycan parataekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.

İdman.biz-in məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçuları qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

İdman.biz