Qaşım Maqomedov: “Bunu yadda saxlayın, Olimpiya çempionu olacam” - VİDEO - FOTO

Xəbərlər
23 Avqust 2024 17:25
1 472
Qaşım Maqomedov: “Bunu yadda saxlayın, Olimpiya çempionu olacam” - VİDEO - FOTO

"İdman Bizimlə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov olub.

58 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksələn Avropa çempionu yarışla bağlı təəssüratlarını bölüşüb.

Final qarşılaşması haqqında danışan taekvondoçu rəqibi cənubi koreyalı Park Tae-Junla aralarında yaşanan anlaşılmazlıqdan söz açıb.

Gələcək hədəflərindən də bəhs edən idmançı qeyd edib ki, mütləq Olimpiya çempionu olacaq.

Müsahibənin videovariantını təqdim edirik:

İdman.biz