Gəncədə taekvondo seminarı

Xəbərlər
10 Sentyabr 2024 20:04
92
Gəncədə taekvondo seminarı

Gəncədə taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar keçirilib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Seminar Azərbaycan Taekvondo Federasiyasının Məşqçi-müəllimlər Komitəsinin sədri Ələkbər İmaməliyevin rəhbərliyi altında təşkil olunub. Təlimdə Qərb zonası üzrə Azərbaycan İdman Akademiyasının Təkmübarzlik kafedrasının taekvondo ixtisası üzrə baş müəllimi Səbuhi Fətəliyev də iştirak edib.

Qeyd edək ki, seminar 3 gün davam edib.

İdman.biz