Azərbaycan taekvondoçusunun DÜNYA REYTİNQİ

Xəbərlər
12 Sentyabr 2024 14:56
731
Azərbaycan taekvondoçusunun DÜNYA REYTİNQİ

Dünya Taekvondosu idmançıların yeni dünya reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, 58 kq çəkidə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov ikinci yerdədir.

Azərbaycan taekvondoçusu Olimpiya finalındakı rəqibindən - koreyalı Tae-Conq Parkdan geri qalır.

120 reytinq xalına malik olan Qaşım liderdən 80 xal geri qalır. Eyni zamanda, idmançımız 3-cü yerdə qərarlaşan Məhəmməd Cendubini (Tunis) 78 xal qabaqlayır.

İdman.biz