Dünya çempionatında rekord iştirakçı

Xəbərlər
29 Sentyabr 2024 12:34
570
Dünya çempionatında rekord iştirakçı

Dünya Taekvondosunun Çxunçxonda (Cənubi Koreya) texniki toplantısı keçirilib.

İdman.biz xəbər verir ki, iclasda iki sonra gənclər arasında start götürəcək dünya çempionatı müzakirə olunub.

Təşkilatın prezidenti Çunq-Von Çou mundialda rekord iştirakçı qeydə alındığını bildirib. O, oktyabrın 1-6-da keçiriləcək çempionatda 127 ölkədən 960 taekvondoçunun mübarizə aparacağını deyib.

Qeyd edək ki, Azərbaycan yarışda 18 atletlə təmsil olunacaq.

İdman.biz