Dünya birinciliyində bürünc medal

Xəbərlər
1 Oktyabr 2024 15:38
91
Dünya birinciliyində bürünc medal

Gənc taekvondoçular arasında dünya birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, yarış Cənubi Koreyanın Çunçeon şəhərində keçirilir.

Azərbaycan taekvondoçusu Vasif Səlimov çempionatın mükafatçıları sırasına düşüb. 63 kq çəki dərəcəsində çıxış edən idmançımız Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı idmançıya uduzan Vasif 3-cü yeri tutub və bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.

İdman.biz

Məqalədə: