Azərbaycan 127 ölkə arasında 21-ci olub

Xəbərlər
7 Oktyabr 2024 11:20
779
Azərbaycan 127 ölkə arasında 21-ci olub

Cənubi Koreyanın Çunçon şəhərində keçirilən yeniyetmə taekvondoçular arasında dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, 127 ölkədən 963 idmançının qatıldığı yarışda 20 dəst medalın sahibi müəyyənləşib.

Azərbaycan millisi mundialı 2 mükafatla başa vurub. Hər iki medalın əyarı bürünc olub. Vasif Səlimov 63 kq, Hüseyn Xudiyev 73 kq çəkidə 3-cü yeri tutub.

Çempionata qatılan 127 ölkədən yalnız 30-u mükafatçılar sırasında təmsil olunub. Azərbaycan 2 bürünclə 21-ci yerə şərik olub. Kanada, Hindistan və İtaliya da eyni sayda üçüncülük əldə edib.

Qeyd edək ki, medal siyahısında 1-ci yeri 7 qızıl, 2 gümüş və 2 bürüncə sahib çıxan İran tutub.

İdman.biz

Məqalədə: