Bakıda koreyalı mütəxəssisin iştirakı ilə dan imtahanı - FOTO

Xəbərlər
22 Oktyabr 2024 17:16
54
Bakıda koreyalı mütəxəssisin iştirakı ilə dan imtahanı - FOTO

Azərbaycan Taekvondo Federasiyası tərəfindən dan imtahanı keçirilib.

İdman.biz xəbər verir ki, federasiyanın məşq zalında təşkil olunan imtahana 43 (26-sı 1-ci, 17-si 2-ci dan) məşqçi və idmançı qatılıb.

Tədbirdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, federasiyanın texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol, ölkəmizə dəvət olunmuş koreyalı mütəxəssis Ji Hyum Yeom və beynəlxalq dərəcəli referi Aygül Abdullayeva da iştirak ediblər.

Idman.biz

Məqalədə: