Taekvondo üzrə seminar keçirilib - FOTO

Xəbərlər
19 Dekabr 2024 21:23
41
Taekvondo üzrə seminar keçirilib - FOTO

Dekabr 17-19-da Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə taekvondo üzrə milli və beynəlxalq hakimlər üçün təkmilləşdirmə kursu, yeni hakim olmaq istəyənlər üçün isə seminar keçirilib.

İdman.biz xəbər verir ki, ATF-in məşq zalında təşkil olunan seminar və kursda 47 nəfər iştirak edib.

ATF-in Hakimlər komitəsinin sədri Gündüz Abdullayev və Hakimlər komitəsinin sədr müavini Aygül Abdullayevanın rəhbərliyi altında keçirilən kurs və seminar nəzəri və təcrübi hissədən ibarət olub.

Dekabrın 19-da yeni hakim olmaq istəyən seminar iştirakçıları milli hakim kateqoriyası əldə etmək üçün imtahanda iştirak ediblər.
Sonda seminar və kurs iştirakçılarına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov tərəfindən ATF-in sertifikatları təqdim olunub.

Təqdimetmə mərasimində ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, federasiyanın baş katibi Rüstəm Bağırlı və ATF-in hüquqşünası Faiq Allahverdiyev də iştirak ediblər.

Qeyd edək ki, kurs və seminar 24-29 dekabr tarixlərində yeniyetmə, gənclər və böyüklər arasında keçiriləcək respublika birinciliyi və çempionatına, eləcə də 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlara seçim xarakteri daşıyıb.

İdman.biz