Beynəlxalq taekvondo mövsümünün başlayacağı tarix açıqlanıb

Xəbərlər
26 Dekabr 2024 14:49
130
Beynəlxalq taekvondo mövsümünün başlayacağı tarix açıqlanıb

Dünya taekvondosunda yeni mövsüm fevralda başlayacaq.

İdman.biz xəbər verir ki, bu dövrdə bir qayda olaraq Azərbaycan komandasının da mübarizə apardığı yarışlar keçiriləcək.

Söhbət fevralın 9-10-da Fucayrada (BƏƏ) keçiriləcək reytinq turniri, həmçinin fevralın 13-16-da Antalyada təşkil ediləcək “Turkish Open”dən gedir.

İlin əsas turnirinə gəlincə, dünya çempionatı oktyabrın 24-30-da Çinin Vusi şəhərində keçiriləcək.

Eyni zamanda, yeri hələ təsdiqlənməyən yarışlar da var. Onların arasında 21 yaşadək taekvondoçular, həmçinin qadınlar arasında dünya çempionatı yer alıb.

İdman.biz

Məqalədə: