Taekvondoçular üçün ilin ilk beynəlxalq startı BƏƏ-nin Əl-Füceyrə şəhərində olacaq.
İdman.biz xəbər verir ki, fevralın 9-10-da ərəb ölkəsində reytinq turniri keçiriləcək və Azərbaycan millisi də həmin yarışa hazırlaşır.
Siyahıda növbəti turnir fevralın 13-16-da Antalyada təşkil ediləcək ənənəvi "Turkish Open" olacaq.
İlin əsas yarışına gəlincə, dünya çempionatı oktyabrın 24-30-da Çində keçiriləcək.
Qeyd edək ki, bəzi turnirlərin ev sahibləri hələ müəyyənləşməyib. Bura 21 yaşadək gənclər və qadınlar arasındakı dünya çempionatları da daxildir.
İdman.biz