Qaşım Maqomedov: “Tezliklə Olimpiya medalını geri qaytaracam” - FOTO

Xəbərlər
15 Yanvar 2025 12:13
86
Qaşım Maqomedov: “Tezliklə Olimpiya medalını geri qaytaracam” - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, Azərbaycan taekvandoçusu Qaşım Maqomedov mükafatını təşkilatçılara qaytaracaq.

Bu barədə İdman.biz-ə məlumatı 26 yaşlı idmançının özü verib.

O bildirib ki, Fransa paytaxtında qazandığı medalda artıq aşınmalar nəzərə çarpır. Maqamedov mükafatın tam şəkildə korlanmadığını desə də, yenisi ilə əvəzlənməsini istəyir: “Tezliklə medalı geri qaytarmağı düşünürəm. Kaş ki, belə bir problem çıxmazdı. Çünki bu yeganə Olimpiya medalım ola bilər”.

Qeyd edək ki, Maqomedov Olimpiadada finalda zədələndiyi üçün döyüşü davam etdirə bilməmişdi.

Aytac Sahəd
İdman.biz