Taekvondoçularımız toplanışa start verib - FOTO

Xəbərlər
23 Yanvar 2025 11:46
96
Taekvondoçularımız toplanışa start verib - FOTO

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşir. Yığmamız baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Cəlil Abdullayevin rəhbərliyi atında hazırlıq keçir.

Qeyd edək ki, toplanışın ilkin mərhələsində taekvondoçuların fiziki hazırlıq səviyyəsinin artırılmasına diqqət yetirilir.

İdman.biz

Məqalədə: