Azərbaycan taekvondoçuları Antalyada keçirilən “Turkish Open”də ilk medalını qazanıb.
İdman.biz xəbər verir ki, bu uğura “Kristal Abşeron” klubunun idmançısı Ülvi Məmmədov (37 kq) imza atıb.
O, yeniyetmələr arasında baş tutan yarışda gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq, həlledici qarşılaşmada türkiyəli rəqibinə məğlub olub.
İdman.biz