"Fujairah Open"ə 29 taekvondoçumuz yollanıb

Xəbərlər
11 Fevral 2025 16:40
95
"Fujairah Open"ə 29 taekvondoçumuz yollanıb

Birləşmiş Ərəb Əmirliklərində taekvondo üzrə "Fujairah Open" beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası da iştirak edəcək.

Fevralın 9-13-da baş tutacaq G2 kateqoriyalı turnirdə ölkəmizi 29 idmançı təmsil edəcək.

Qeyd edək ki, yeniyetmə yaş qrupu üzrə yarışlar fevralın 12-də olacaq.

İdman.biz

Məqalədə: