Taekvondoçumuz Türkiyədə 3-cü olub - FOTO

Xəbərlər
12 Fevral 2025 00:07
111
Taekvondoçumuz Türkiyədə 3-cü olub - FOTO

Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) milli komandamız medal qazanıb.

İdman.biz xəbər verir ki, Minayə Əkbərova (46 kq) böyüklər arasında bürünc medala layiq görülüb.

Medala gedən yolda idmançımız 4 rəqibi üzərində qələbə qazanıb. O, yarımfinalda türkiyəli idmançıya məğlub olaraq, bürünclə kifayətlənib.

Qeyd edək ki, dünən keçirilən yarışda Ülvi Məmmədov (37 kq) gümüş medala sahib çıxıb.

İdman.biz