Taekvondoçularımızdan “Fujairah Open”də daha 2 medal

Xəbərlər
15 Fevral 2025 13:02
121
Taekvondoçularımızdan “Fujairah Open”də daha 2 medal

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open”də Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar.

İdman.biz xəbər verir ki, kiçikyaşlılar arasında yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş mükafata yiyələnib.

“Asiman” taekvondo klubunun yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medala layiq görülüb.

İdman.biz

Məqalədə: