Eyndhoven şəhərində keçirilən taekvondo üzrə 52-ci açıq Niderland çempionatının ən yaxşı hakimləri bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Ölkəmizin beynəlxalq dərəcəli referisi Aygül Abdullayeva da fərqlənib. O, qadınlar arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb.
Niderlanddakı yarış idmançılarımız üçün də uğurlu alınıb. İdmançılarımız böyüklərin çempionatında 2 bürünc, yeniyetmələrin mübarizəsində 5 qızıl, 5 gümüş və 6 bürünc əldə ediblər.
Qeyd edək ki, yarışda ümumilikdə 70 hakim iştirak edib.
İdman.biz