Azərbaycanlı hakim ən yaxşı seçilib

Xəbərlər
15 Mart 2025 16:28
70
Azərbaycanlı hakim ən yaxşı seçilib

Gənc taekvondoçular arasında Qazaxıstanın açıq çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yarışda beynəlxalq dərəcəli hakimlərlə də təmsil olunub.

Referilərimiz Rza Məcidov və Seymur Məmmədov çempionatın ədalət təmsilçiləri arasında yer alıblar. Məmmədov kişilərin yarışında ən yaxşı hakim adına layiq görülüb.

İdman.biz