Azərbaycan taekvondoçularından Belçikada 6 medal

Xəbərlər
16 Mart 2025 13:33
72
Azərbaycan taekvondoçularından Belçikada 6 medal

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.

İdman.biz xəbər verir ki, yarışa ilk olaraq böyüklərdən ibarət millimizin taekvondoçuları qoşulublar.

Bəhruz Quluzadə (54 kq) qızıl, Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq), Səmərrrux Osmanova (49 kq) isə bürünc medal qazanıblar.

İdman.biz